Bia.Az

3 il sosial yardım alan vətəndaşın adına AVTOMOBİL çıxıb - Goranboyda növbəti BİABIRÇILIQ

Sosial
 20-05-2022, 14:33     200

Goranboyda sosial yardım almaq istəyən daha bir ailənin adına avtomobil çıxıb. Söhbət rayonun Tatarlı kəndindən olan Məmmədovlar ailəsindən gedir. 

BİA.az xəbər verir ki, bu barədə Bizim.Media-ya müraciət edən 1973-cü il təvəllüdlü, Sahib Məhəmməd oğlu Məmmədovun sözlərinə görə adına maşın çıxdığı üçün sosial yardımı kəsilib.

Halbuki bu ilin yanvarına qədər, 3 il müddətində sosial yardım alıb:

“Nəinki etibarnamə ilə, ümumiyyətlə maşınım omayıb. Bu səbəbdən də sosial yardımla bağlı müraciətimə imtina verilir. Yaxşı əgər avtomobilim varsa, 3 il necə sosial yardım almışam? Durumum çətin olmasaydı, heç sosial yardıma baş vurmazdım. 2 köpə övladım var. Ayağımın ayaqqabısı yoxdur. Elə bil Azərbaycanda mən türmədə yaşayıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Qurumdan deyiblər ki, hara şikayət edirsənsə, et”, - deyə şikayətçi qeyd edib.

Sahib Məmmədov Goranboy Rayon Polis Bölməsinə yaxınlaşaraq, adına çıxan avtomobilin əslində kimə aid olduğunu öyrənməyə çalışıb.

Araşdırma zamanı məlum olub ki, adıma çıxan avtomobil Binəqədi rayonunda yaşayan, əslən Qubadlı rayon sakini, eyni ad və soyadlı şəxsə məxsusdur.

Şikayətçinin dediyinə görə polis şöbəsi tərəfindən adına avtomobil olmadığı təsdiqlənsə də, ona bu barədə rəsmi sənəd verilməyib. Bunun üçün vətəndaşın Gəncə Rayon Polis Bölməsinə yaxınlaşmalı olduğu bildirilib.

Vətəndaş qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə ümumiyyətlə məsələni həll etməkdə maraqlı görünmür.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili şikayətçinin məlumatlarını götürüərək araşdırma aparılacağını deyib.

Mövzunu diqqətdə saxlayacağıq...скачать dle 12.1