Bia.Az

Emin Mirzəyev: "Azərbaycanın mədəniyyət paytaxtında aparılan quruculuq işləri daha geniş vüsət alacaq"

Sosial
 5-05-2022, 13:03     601

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev barədə  bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən vəzifə sahibidir.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Emin Mirzəyevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Emin  müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar.

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Emin müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

P.S

“Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olundu. Heç şübhəsiz bu hadisə istər siyasi-ideoloji, istərsə də mədəni-mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamda qeyd olunduğu kimi, Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Buna görə də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın igid əsgər və zabitləri 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə həm də bizim mənəviyyatımızı, milli qürurumuzu özümüzə qaytardılar. Şuşa təkcə Azərbaycana deyil, həm də bütün dünya mədəniyyətinə böyük ədiblərimizin, maarifçilərimizin, incəsənət xadimlərimizin timsalında misilsiz töhfələr vermişdir.“

Bu sözləri BİA.az-a müsahibəsində Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev söyləyib.

 Ölkə ziyalısı deyib: "Erməni qəsbkarları uzun illər Şuşanı bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Çünki Şuşa şəhərinin ruhu belə bir saxtakarlığı qəbul edə bilməzdi. Məlumdur ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1992-ci il mayın 8-də Şuşa şəhəri Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olundu. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Lakin möhtərəm Prezidentimizin də öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. O cümlədən Şuşanın işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Çünki onların xislətinə qurub-yaratmaq deyil, dağıtmaq, talamaq və viran qoymaq bacarıqları xasdır. Həm də bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Bu gün isə bu torpaqların əsl sahibləri həmin ərazilərdə yollar çəkir, binalar tikir, qurur, yaradır, möhyəşəm layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün işlər görür. Tezliklə bütün dünya Şuşamızın yenilənmiş simasını görəcək, erməni vandalları isə törətdikləri vəhşiliklərin cəzasını tarix boyu çəkəcəklər.

Ölkə Prezidenti cənab İlham Əliyev ötən il ərzində təkcə Şuşa şəhərinə 7 dəfə səfər edib. Bu əlbəttə ki, həm Şuşada, həm də işğaldan azad edilmiş digər ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Dövlətimizin başçısı öz çıxışlarından birində demişdir: “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq.” Həqiqətən də ən qısa müddətdə Şuşanın Baş planı hazırlanıb, dahi şairimiz Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. Bütün bunlar açıq-aydın göstərir ki, Şuşa sürətlə dirçəlir və inamla özünün dolğun mədəni həyatına qayıdır. Heç şübhəsiz 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bütün bu proseslər daha böyük dinamika əldə edəcək. Əminliklə demək olar ki, bu il Azərbaycanın mədəniyyət paytaxtında aparılan quruculuq işləri daha geniş vüsət alacaq, burada bir çox mədəni tədbirlər keçiriləcək”.

BİA.AZ
скачать dle 12.1