Bia.Az

Qadınlar necə azalır?

Sosial
 27-04-2022, 16:18     323

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci il martın 1-nə Azərbaycanda kişilərlə qadınların xüsusi çəkisi eyni olub, orta hesabla hər 1000 kişiyə 1001 qadın düşüb. Novator.az rəsmi rəqəmlərə əsaslanaraq bildirir ki, son 31 ildə ölkədə hər 1000 kişiyə qadınların sayı 47 nəfər azalıb.

Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə hər 1000 kişiyə qadınların sayı 1048 göstərilib, sonrakı illərdə statistika belə yenilənib:
1992-ci il – 1000 kişiyə 1046 qadın
1993-cü il – 1043
1994-cü il – 1039
1995-ci il – 1036
1996-cı il – 1032
1997 və 1998-ci illər – 1028
1999-cu il – 1048.
2000-ci il 1000 kişiyə 1046 qadınla start götürüb, qalan illərdə bu göstəricilər qeydə alınıb:
2001-ci il – 1043
2002-ci il – 1040
2003-cü il – 1038
2004-cü il – 1035
2005-ci il – 1032
2006-cı il – 1030
2007-ci il – 1027
2008-ci il – 1025
2009-cu il – 1021.
2010-cu il hər 1000 kişiyə 1019 qadınla başlayıb, qalan illərdə bu göstəricilər rəsmiləşib:
2011-ci il – 1017
2012-ci il – 1015
2013-cü il – 1013
2014-cü il – 1011
2015-ci il – 1009
2016-cı il – 1007
2017-ci il – 1006
2018-ci il – 1005
2019-cu il – 1003
2020 və 2021-ci illər – 1002.скачать dle 12.1