Bia.Az

Qazaxıstana qoşun yeridilir

Sosial
 6-01-2022, 16:59     297

Kütləvi iğtişaşlarla sarsılan Qazaxıstanda ali rəhbərlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Novator.az-ın məlumatına görə, yanvarın 5-i axşam KTMT liderlərinə müraciət edən prezident Qasım-Comərd Tokayev Qazaxıstanın terrorla üz-üzə qaldığını vurğulayıb.

1992-ci il mayın 15-də yaradılan KTMT-də Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsil olunur. KTMT-nin ali orqanı üzv ölkələrin liderlərinin daxil olduğu Kollektiv Təhlükəsizlik Şurasıdır. Yanvarın 6-na keçən gecə hazırda Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlaması yayılıb. O, Qazaxıstana KTMT-nin sülhməramlı hərbi kontingentinin yeridiləcəyini bildirib.

Yanvarın 1-dən Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib. Ölkəni bürüyən aksiyalar hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunur, ölənlər və yaralananlar var. Yanvarın 5-i axşamdan ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur.скачать dle 12.1