Bia.Az

İşsizlikdən sığorta sistemi yenilənir

Sosial
 27-12-2021, 10:56     411

“İşsizlikdən sığorta haqqında” qanun yenilənir. Novator.az bildirir ki, dekabrın 24-ü Milli Məclisdə son oxunuşdan keçən dəyişikliyə görə, əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 2 il 6 ay fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişi minimum əməkhaqqı qədər ödənir.

Qanuna əsasən, dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.скачать dle 12.1