Bia.Az

PREZİDENT SOSİAL MÜAVİNƏTLƏRİ VƏ TƏQAÜDLƏRİ ARTIRDI - Yeni məbləğlər (Yenilənib)

Sosial
 20-12-2021, 11:40     598

Prezident İlham Əliyev bu gün sosial müavinət və təqaüdlərin artırılması barədə qərarlar verib. Belə ki, dövlət başçısı “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib. Yeni fərmana əsasən, gələn ildən Azərbaycanda

-yaşa görə müavinət 130 manatdan 180 manata,
-I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata,
-II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata,
-III dərəcə əlilliyiə görə müavinət 110 manatdan 120 manata,
-sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata,
-ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata,
-müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata,
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata,
-bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata,
-övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavnət 160 manatdan 200 manata,
-övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata,
-uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata,
-dəfn üçün müavinət isə 300 manatdan 350 manata qaldırılıb.
İlham Əliyev habelə I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslər üçün prezident təqaüdünün aylıq məbləğini 50 manatdan 80 manata qaldırıb.
Dövlət başçısı digər fərmanla əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən prezident təqaüdünün məbləğini 200 manatdan 300 manata və 120 manatdan 200 manata çatdırıb.
İlham Əliyevin digər fərmanı ilə beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği 55 manatdan 70 manata çatdırılıb.
Prezident tələbə və müdavimlərin də təqaüdlərini artırıb. Bu qərara əsasən
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 300 manatdan 360 manatadək, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 180 manatdan 216 manata qədər artırılıb.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb.
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manatadək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 120 manatdan 144 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 80 manatdan 96 manatdək artırılıb.
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manatdək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 110 manatdan 132 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək artırılıb.
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatadək artırılıb.
Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatdək,
akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatdək artırılıb.
İlham Əliyev o cümlədən fəxri adlara görə aylıq təqaüdün məbləğini 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırıb.скачать dle 12.1