Bia.Az

11 ayın populyar adları

Sosial
 30-11-2021, 10:44     507

Novator.az Azərbaycanda 2021-ci ilin yanvar-noyabr aylarında doğulmuş uşaqlara ən çox qoyulan adların rəsmi siyahısına nəzər salıb. Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya görə, oğlan adları içində Əli liderdir: bu ad 11 ayda 1462 uşağa qoyulub.

Populyar adların ilk onluğunda Yusif (1385 uşaq), Hüseyn (1369), Uğur (1316), Məhəmməd (987), Ömər (865), Murad (774), Raul (662), Ayxan (622) və Tunar (609) adları da yer alır.

Qız adları içində Zəhra birincidir: 1456 uşaq.
Zeynəb (1140 uşaq) ikinci, Məryəm (1101) üçüncüdür.
Qalan populyar qız adları belə sıralanır:
Aylin – 1049 uşaq
Fatimə – 1044
Mələk – 1000
Nilay – 858
Nuray – 835
İnci – 737
Mədinə – 669.скачать dle 12.1