Bia.Az

Boşanmanın çox olduğu bölgələr

Sosial
 26-11-2021, 10:59     281

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 12892 boşanma rəsmiləşib, əhalinin hər 1000 nəfərinə 1,7 boşanma düşüb. Novator.az bildirir ki, Bakıda əhalinin hər 1000 nəfərinə boşanma göstəricisi 2,3-dür.
Paytaxtın rayonlarında ən çox boşanma Yasamal rayonunda qeydə alınıb: hər 1000 nəfərə 2,8.
Nərimanov hər 1000 nəfərə 2,6, Binəqədi 2,5, Xətai və Səbail 2,4, Suraxanı 2,3, Qaradağ və Sabunçu 2,2, Nəsimi 2, Xəzər 1,9 boşanma ilə göstərilir.
Naxçıvan Muxtar Respublikasında hər 1000 nəfərə boşanma ölkə üzrə göstəricidən aşağıdır: 1,4. Bölgənin baş şəhəri Naxçıvanda isə hər 1000 nəfərə 2 boşanma var.
Hər 1000 nəfərə boşanma göstəricisinin 1,7-ni üstələdiyi qalan bölgələr belə sıralanır:
Qubadlı, Naftalan – 2,5
Xocalı, Xocavənd, Zəngilan – 2,4
Ağdam, Gəncə, Şirvan şəhəri – 2,3
Mingəçevir – 2,2
Sumqayıt, Şuşa, Yevlax – 2,1
Füzuli, Göygöl – 2
Abşeron rayonu, Kəlbəcər, Masallı – 1,9
Füzuli – 2
Bərdə, Laçın – 1,8.
Azərbaycanda müstəqilliyin bərpa olunduğu 1991-ci ildə boşanmaların sayı 10679 göstərilib.
1992-ci ildə boşanmaların sayı 9465-ə, 1993-cü ildə 6564-ə, 1994-cü ildə 6256-ya, 1995-ci ildə 5669-a, 1996-cı ildə 5598-ə düşüb.
1997-ci ildə 5806 boşanma qeydə alınıb. 1998-ci ildə 5657, 1999-cu ildə 5013 boşanma olub.
Sonrakı illərdə bu göstəricilər qeydə alınıb:
2000-ci il – 5478
2001-ci il – 5382
2002-ci il – 5738
2003-cü il – 6671
2004-cü il – 6914
2005-ci il – 8895
2006-cı il – 7817
2007-ci il – 8340
2008-ci il – 7933
2009-cu il – 7784
2010-cu il – 9061
2011-ci il – 10747
2012-ci il – 11087
2013-cü il – 11730
2014-cü il – 12088
2015-ci il – 12764
2016-cı il – 13114
2017-ci il – 14514
2018-ci il – 14857
2019-cu il – 17148
2020-ci il – 14628.
скачать dle 12.1