Bia.Az

Yoluxma, ölüm, peyvənd

Sosial
 10-11-2021, 17:58     263

Noyabrın 10-da yayılan rəsmi hesabatda Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 552322 nəfər, xəstəlikdən vəfat edənlərin ümumi sayı 7342 nəfər göstərilib.

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Həmin il 218700 yoluxma, 2641 ölüm rəsmiləşib.

2021-ci ilin statistikası belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 59011 yoluxma, 889 ölüm, oktyabr – 47468 yoluxma, 549 ölüm, noyabr – 20952 yoluxma, 268 ölüm
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə gedir. 10 noyabr hesabatına əsasən, 5 milyon 1669 nəfər bir doza, 4 milyon 442 min 475 nəfər iki doza, 497 min 197 nəfər üç doza peyvənd alıb.скачать dle 12.1