Bia.Az

NK-nın aparat rəhbəri sahibkarlarla ÜZ-ÜZƏ... - Bu da belə narazılıq yaradır...

Sosial
 6-11-2021, 13:47     18

Qlobal xarakter daşıyan koronovirus pandemiyasının dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına vurduğu zərbə bəllidir. Tətbiq olunan ciddi karantin rejimi işgüzar, iqtisadi, biznes əlaqələrinin zəifləməsinə gətirib çıxardı.

Məlumdur ki, biznes əlaqələrində xarici ölkələrin vətəndaşları, əcnəbi mütəxəssislər də yaxından iştirak edirlər. Bu kateqoriyaya aid olan şəxslərin ölkəmizə daxil olması da məhdudlaşdırılmışdı.

Ancaq ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşdığı üçün karantin rejimi qismən yumşaldıldı.

Çox təəssüf ki, karantin rejimi yumşalsa da Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov əksinə “sərtləşdi”.

Məlumdur ki, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.

Və həmin dövrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çox uğursuz fəaliyyəti və qurumun rəhbərliyinin istefaya getməsu bəllidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, pandemiyanın ən qızğın, ən ağır, kritik çağında iqtisadi, biznes əlaqələri ilə bağlı ölkəyə gələn əcnəbi mütəxəssislərin ortaya çıxan problemlərini Baş nazirin müavini Şahin Mustafayev çox operativ şəkildə həll edirdi. Şahin müəllim yaxşı bilirdi ki, xarici mütəxəssislərin ölkəyə gəlişi əngəllənəndə şirkətlər ciddi problemlər yaşayır. Bu da ölkə iqtisadiyyatına zərbədir. Ümumiyyətlə, hörmətli Şahin Mustafayev iş adamlarının problemlərini, qayğılarını dərindən bilir və lazım olan köməyi əsirgəmirdi.

Bir sözlə, şirkətlər tərəfindən xarici mütəxəssislərin ölkəmizə gəlişi ilə bağlı Nazirlər Kabinetinə müraciət olunanda cənab Şahin Mustafayev anındaca reaksiya verirdi və 2 gün ərzində lazımi tədbilrlər görülürdü.

Bunu iş adamları xüsusi qeyd edirlər.

Çox təəssüf ki, əcnəbi mütəxəssislərin ölkəmizə gəlişi ilə bağlı məsələlər Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədovun səlahiyyətinə veriləndə süründürməçilik və iş adamlarının əzablı günləri başladı.

Şirkətlər Rüfət Məmmədova müraciət edir, sonra müraciətlər ötürülür Nazirlər Kabinetinin Beynəlxalq əlaqələr şöbəsinə. Beləcə, müraciətlərə həftələrlə cavab almaq olmur, cavab da alanda məlum olur ki, həmin şirkətin məktubuna icazə verilməyib.

Çox maraqlıdır ki, pandemiyanın ən ağır vaxtında, vaksinasiya olunmayan dövrdə Şahin Mustafayev xarici mütəxəssislərin Azərbaycana gəlişini operativ həll edirdi və məqsədə müvafiq görüb icazə verirdi.

İndi isə ölkəmizə gələn xarici mütəxəssisin kovid pasportu olduğu, zəruri sənədlər qaydada olduğu halda belə Rüfət Məmmədov müraciətlərə imtina cavabı verir. Niyə, nə məqsədlə ?

Rüfət Məmmədov bilmir ki, onun belə münasibəti ölkədəki şirkətləri nə qədər ziyana salır ?

Daha bir vacib məqam odur ki, bir şirkət eyni xarici ölkənin vətəndaşı ilə bağlı müraciət edəndə Rüfət Məmmədov icazə verir, amma başqa bir şirkət həmin ölkənin vətəndaşı ilə bağlı müraciət edəndə NK-nın Aparat rəhbəri imtina edir.

Bunu necə başa düşək ?

Bu ayrı-seçkilik nəyə lazımdır

Niyə Rüfət Məmmədov hansısa mötəbər şəxslərin şirkətlərinə “qəyyumluq” edir ?

Rüfət Məmmədovun “yaşıl işıq” yandırdığı şirkətlərlə bağlı dürüst məlumatımız var, sadəcə, zamanı deyil.

Biz bilirik ki, pandemiya dövrü çox məmurların əlində qazanc mənbəyinə çevrildi. Ancaq əminik ki, bütün bu baş verən neqativ hallarla bağlı cənab Prezidentə məlumat çatan kimi dəmir yumruğunu işə salacaq.

İş adamları, şirkət rəhbərləri cənab Prezident İlham Əliyevdən xahiş edir ki, bu məsələ nəzarətə götürülsün və Rüfət Məmmədovun özbaşınalığına son qoyulsun. 
//NUH.az//скачать dle 12.1