Bia.Az

Pensiyaçı statistikası

Sosial
 30-09-2021, 01:04     265

Dövlət Sosial Müdafiə Fondunun hesabatına görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 813 nəfərə pensiya kəsilib.

İyulun 1-nə pensiyaçıların sayı 1 milyon 214,1 min nəfər göstərilib. Ölkədə minimum pensiya 200 manat, aylıq pensiyanın orta məbləği 328,8 manatdır.
Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Novator.az bildirir ki, 2010-cu ilin əvvəlində 1 milyon 308,4 min nəfər pensiya alıb.
2011-ci ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 292,2 min nəfərə, 2012-ci ilin əvvəlinə 1 milyon 277,6 min nəfərə, 2013-cü ilin əvvəlinə 1 milyon 272,1 min nəfərə düşüb.
2014-cü ilin əvvəlinə 1 milyon 277,1 min nəfər pensiyaçı qeydə alınıb.
2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.
2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə enib.
скачать dle 12.1