Bia.Az

Sumqayıtda yeni güzəştli mənzillər tikiləcək - TENDER

Sosial
 8-09-2021, 11:17     12

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MIDA” MMC Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 ha torpaq sahəsində çoxmənzilli binalanın tikintisi ilə elaqədar satınalmalar üzrə açıq tender elan edir.

“Tender 2 lot üzrə: lot-1 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi, lot-2 7, 8 ve 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə keçirilir.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlən sened- miş, ikiqat bağlama (zərfdə) 2021-ci il 5 oktyabr saat 14:00-a qədər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 852 ünvanına təqdim etməlidirlər. Tender təklifi zərfləri 2021-ci il 06 oktyabr tarixində saat 14:00-da “MIDA” MMC-də açılacaq.

Hər iki lot üzrə iştirak haqqı 600 manatdır.скачать dle 12.1