Bia.Az

İnam Kərimovun GİZLİ QAZANC ÜNVANI - İDDİA

Sosial
 3-08-2021, 18:50     250

2021-ci il iyul ayının 20-21-də qeyd olunan müqəddəs Qurban bayramı günlərində Kənd Təsərrüfatı Nazirliyi əməlli-başlı canfəşanlıq edirdi.
Təsəvvür edirsiniz, bayram ərəfəsində Nazirliyin yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev jurnalistlərə bildirmişdi ki, Qurban bayramı ərəfəsində nazirlik tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri PULSUZ aparılacaq, ancaq fərdi müraciət edənlər üçün ödənişli olacaq: “Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edərsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”.
Təsəvvür edirsiniz, nazirliyin vəzifəli şəxsi, şöbə müdiri 0,06 manatla, 0,06 qəpiyin fərqini bilmir. Görəsən, bu savadsızı kim nazirlikdə şöbə müdiri qoyub ?
Əlbəttə, nazir İnam Kərimov.
İkincisi, nazirlik 1 kvadrat metri 6 qəpik olan dezinfeksiyaya görə, millətə, cəmiyyətə minnət qoyur, deyir ki, bunu ödənişsiz edəcəyik.
Üçüncüsü, nazirliyin rəsmisi utanıb-qızarmadan deyir ki, fərdi müraciət olarsa, dezinfeksiya ödənişlidir, yəni 6 qəpiyimizi alacağıq…
Fikir verdinizmi, nazir İnam Kərimov və yaxın ətrafı hətta Müqəddəs Qurban bayramında da vətəndaşlara 6 qəpiyi də bağışlamaq istəmir.
Doğrudan da, məəttəl qalası, heyrət ediləsi məsələdir. İldə bircə gün vətəndaşa güzəşt olsa, 6 qəpik almasanız olmaz, cənab İnam Kərimov ?
İnam Kərimov, sən cavansan, yadına gəlməz. Sovetin dövründə ən ucqar kəndlərdə belə tövlələri, zibillikləri gəlib pulsuz dezinfeksiya edirdilər. Bəs, sən və sənin savadsız, qeyri-peşəkar komandan nə edir?
Milyonlarla subsidiyaları fermerlərə, sahibkarlara vermək adı altında mənimsəyirsiniz. Amma ildə bircə gün 6 qəpikdən keçmək istəmirsiniz.
Cənab İnam Kərimov, müavinləriniz Elçin Zeynalov, Sarvan Cəfərov da sizin kimi qeyri-peşəkardır. Amma tamahları yaman itidir.
Söhbət Müqəddəs Qurban bayramından düşmüşkən, cənab nazirə və müavinlərinə sualımız var.
Cənablar, Qurban bayramında qurbanlıq qoyunlardan nə qədər qazandınız ?
Qurbanlıq heyvanların satışı və kəsimi zamanı nə qədər qabağa düşdünüz ?
Düşünürsünüz ki, qurbanlıq məqsədilə gətirilən qoyunların vergiyə cəlb olunmamasını camaat bilmir.
Xeyr elə deyil. Camaat hər şeyi gözəl bilir, cənab nazir. Sizlər isə dövlətin öz vətəndaşına göstərdiyi bu mərhəmətdən öz cibiniz üçün istifadə edirsiniz. Həm də müqəddəs gündə.
Bir gün bunun bədəlini siz və müavinləriniz ödəyəcəksiniz, cənab Kərimov. Bu işdə, yəni qurbanlıq qoyun məsələsində sizə dəstək verən Adil də bir gün bu günahların qurbanı olacaq. //gundelik-baku.com//скачать dle 12.1