Bia.Az

Mübariz Mənsimov aclığa başladı – YENİLƏNİB

Sosial
 16-03-2020, 12:09     101

Mübariz Mənsimov aclığa başladı – YENİLƏNİB


İstanbulda bu gün saxlanılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu saatlarda azadlığa buraxıldığı barədə məlumat təsdiqini tapmayıb.

bia.az Modern.az-a istinadən xəbər verir ki, jurnalist Fuad Abbasovun feysbuk üzərindən canlı apardığı proqrama telefon zəngi ilə “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub.

F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb: “Hətta Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, bu günlərdə əməliyyat olunub. Bu gün onun ofisində və evində araşdırma aparılıb, ancaq “FETÖ” ilə ilgili heç bir dəlil tapılmayıb, heç tapıla da bilməz. Çünki onlarla heç zaman əlaqə olmayıb, ola da bilməz”.

***


İstanbulda bu gün saxlanılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu saatlarda azadlığa buraxıldığı bildirilir.

bia.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Məlumatı dəqiqləşdirmək üçün araşdırma aparsaq da, rəsmi mənbələr bü barədə hər hansı məlumat açıqlamadığı məlum oldu.

Qeyd edək ki, Mübariz Mənsimov İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bu gün saxlanılıb. Onun ofisində axtarış aparılıb. İş adamının FETÖ istintaqı çərçivəsində saxlanıldığı bildirilir.скачать dle 12.1