Bia.Az

Qiymətlər nə qədər artıb?

Sosial
 15-03-2021, 13:11     302

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 3,7 faiz artıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,9 faiz, qeyri-ərzaq məhsulları 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.

Başqa bir hesabata əsasən, yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb, 2020-ci ilin ilk iki ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 faiz artıb, alıcıların xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının payına düşüb.



скачать dle 12.1