Bia.Az

Bakıda dəhşətli anlar: Jurnalist Aztv-nin qarşısında özünü yandırmaq istədi

Sosial
 9-02-2021, 21:42     461

14 il Azərbaycan Televiziyasının əməkdaşı olmuş Səidə adlı qadın işdən çıxarılmasına etiraz edərək AzTV-nin binası qarşısında özünü yandırmağa cəhd edib.
 

Xanım bildirib ki, Televiziyanın sədri pandemiyanın, müharibənin ən şiddətli vaxtında onu işdən azad edib:
 
 “3 aydır dözmüşəm. Canlıda demişdim ki, məni o həddə çatdırmayın ki, AzTV-nin binasının qarşısında etiraz aksiyası keçirim. Mənim atam evdə onkoloji xəstədir. O həddə çatdırmayın ki, özümü AzTV-nin qarşısında yandırım”.

Daha sonra qadın intihara cəhd edərək özünü yandırmağa çalışıb. Polis əməkdaşlarının səyi nəticəsində o xilas edilib.Sözügedən hadisə barədə AzTV ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən Bakupost a bildirildi ki, baş verən etiraz aksiyası ilə bağlı rəsmi məlumat veriləcək.


 
скачать dle 12.1