Bia.Az

Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb

Sosial
 1-01-2021, 11:13     181

Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.

"Report" xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.


Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Arıqlamaq istəyən bəylərin nəzərinə! Hər gün...

Arıqlamaq istəyən bəylərin nəzərinə! Hər gün...

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? - Hər gün...

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? - Hər gün...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Dəridəki qırışları bu vasitə sürətlə yox edir...

Dəridəki qırışları bu vasitə sürətlə yox 

скачать dle 12.1