Bia.Az

Azərbaycanda İNANILMAZ YENİLİK GƏLİR: Gələn ildən başlayaraq, hər bir ailənin...

Sosial
 28-12-2020, 20:16     442

2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir.

BİA.az-a bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.
Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir.
Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.
Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır.
3 ayda 22 kq necə arıqladım? - Hər gün...

3 ayda 22 kq necə arıqladım? - Hər gün...

Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Prostatit və cinsi zəifliyi aradan qaldıran sınanmış vasitə...

Prostatit və cinsi zəifliyi aradan qaldıran sınanmış vasitə...

Həkimlər şokda. 28 günə prostatiti bu vasitə...

Həkimlər şokda. 28 günə prostatiti bu vasitə...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Hər gün bunu etsəniz qurdlar 3 günə töküləcək...

Hər gün bunu etsəniz qurdlar 3 günə töküləcək...

скачать dle 12.1