Bia.Az

COVID-19 vaksini koronavirusun yeni ştammına təsir edəcəkmi? - AÇIQLAMA

Sosial
 22-12-2020, 10:27     38

Hələlik koronavirusun yeni ştammının ağır fəsadlara və ya ölümə səbəb ola biləcəyinə dair sübutlar yoxdur.
Ölkə.Az xəbər verir ki, bu barədə keçirdiyi videobrifinqin gedişatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Böyük Britaniya bəyan edib ki, bu yeni növ daha asan ötürülür, amma hələlik onun ağır xəstəliyə və ya ölümcül nəticəyə səbəb ola biləcəyinə dair sübut yoxdur", - ÜST rəhbəri deyib.
Qebreyesus vurğulayıb ki, SARS-CoV-2-nin bütün viruslarının ötürülməsini mümkün qədər tez yatırtmaq lazımdır. “Biz onlara nə qədər yayılmaq imkanı veririksə, onların o qədər dəyişmək imkanları olur", - o xəbərdarlıq edib.
Təşkilatın eksperti Mariya van Kerkxove də öz növbəsində bildirib ki, ÜST Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammının COVID-19 vaksinin effektivliyinə təsir etmədiyini hesab edir.
Bundan başqa “Pfizer” və “BioNTech” şirkətləri öz vaksinlərinin koronavirusun ilk dəfə Britaniyada aşkarlanan yeni növünə qarşı effektivliyini yoxlayacaqlar.
Bu barədə “Bild” nəşrinə müsahibəsində “BioNTech”in rəhbəri Uğur Şahin bildirib.
Şirkət rəhbərinin fikrincə, vaksin mutasiyaya məruz qalmış virusa qarşı mübarizədə effektiv olacaq.
"Bu, ən yaxın həftələrdə yoxlanılacaq", - Şahin deyib.
Daha əvvəl bəzi ölkələr Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammı təhlükəsinə görə birləşmiş krallıqla hava əlaqəsini dayandırmaları barədə bildiriblər.
Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş, indiki COVID-19-dan sürətlə yayılan koronavirus aşkarlayıblar.скачать dle 12.1