Bia.Az

“Azərbaycanlılar gəldilər, sülhməramlılara xəritə göstərdilər, onlar çıxıb getdilər...” - Ermənilər

Sosial
 15-12-2020, 19:16     426

Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, Laçın rayonunun Köhnəkənd kəndlərində, habelə Xocavənddə Azərbaycan ordusunun nəzarəti altında olan Köhnə Tağlar və Çaylaqqala kəndlərindəki son vəziyyətlə bağlı erməni mənbələri yeni məlumatlar yayıb.

Bu məlumatlara əsasən Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə gedən, Laçın-Şuşa yolundan başlayan yeganə dağ yolu Azərbaycan ordusunun nəzarətindədir. O cümlədən Kiçik Qaladərəsi kəndinə artıq Azərbaycan ordusunun bölmələri daxil olub. Həmin kəndə habelə Rusiya sülhməramlıları da gəliblər, danışıqlar gedir. Böyük Qaladərəsi kəndində isə hələlik sülhməramlılar yoxdur.
Xatırladaq ki, Kiçik Qaladərəsi və Böyük Qaladərəsi, habelə Köhnəkənd Laçın dəhlizindən cənubda, Azərbaycan ordusunun azad etdiyi ərazilərin dərinliklərində yerləşir. Hərbi əməliyyatlar zamanı həmin kəndlərdə yaşayan ermənilər oranı tərk etsə də son günlər bir qismi geri qayıdıb. Və erməni yaraqlılarının bir qrupu da orada mövqe tutub.
Xocavəndin Köhnə Tağlar kəndi isə artıq tamamilə Azərbaycan ordusunun nəzarətindədir, dekabrın 12-də ora göndərilən Rusiya sülhməramlıları Xankəndinə geri qayıdıblar. Kəndin qondarma “administrasiyasının” başçısı Eduard Ayvazyan deyib.
Kənddə Rusiya sülhməramlıları var idi, azərbaycanlılar onlara yaxınlaşdılar və dedilər ki, bu kənd onların nəzarətinə keçir. Sülhməramlılar isə çıxıb getdi. Azərbaycanlılar sülhməramlılarla sənədlərlə danışırdılar. İndi rusiyalı sülhməramlılar Stepanakertə (Xankəndi,-red.) gedirlər”,-Ayvazyan bir neçə saat əvvəl erməni KİV-lərinə belə deyib.

Köhnə Tağlar kəndinin inzibati ərazisi 5 min hektardır. Kənddə yaşayan ermənilər müharibə dövründə oranı tərk edib getmişdilər.
Çaylaqqala kəndinin də azərbaycanlıların tam nəzarətinə keçməsi zaman məsələsidir. Hazırda Azərbaycan ordusu kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutub. Kənddə rusiyalı sülhməramlılar olsa da onlar Çaylaqqalanı tərk etmək üçün əmr gözləyirlər. Bu haqda kəndin qondarma “administrasiyasının” rəhbəri Aleksandr Avanesyan bildirib.
Xatırladaq ki, dekabrın 12-də Rusiya Müdafiə Nazirliyi Köhnə Tağlar və Çaylaqqala kəndlərini Qarabağdakı sülhməramlı əməliyyatlar zonasına daxil edən xəritə dərc etmişdi. Bu xəritə Bakıda haqlı narazılıqlara səbəb oldu və dünən axşam Rusiya Müdafiə Nazirliyi xəritəni yenilədi. Və həmin kəndləri sülhməramlı əməliyyatlar zonasından çıxardı.скачать dle 12.1