Bia.Az

Uşağımın ölüsünü istəyirəm - Sevgilisinə görə özünü dənizə atan tələbənin anası - VİDEO

Sosial
 5-03-2020, 13:53     393

Uşağımın ölüsünü istəyirəm - Sevgilisinə görə özünü dənizə atan tələbənin anası - VİDEOXəbər verdiyimiz kimi, Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.

bia.az xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Günlərdir Nəzarətdən xəbər çıxmaması ailəsini narahat edib. Onlar qızlarının cəsədlərini istəyirlər: "Mən uşağımın ölüsünü istəyirəm. Uşaq Tibb Universitetin 3-cü kurs tələbəsi idi. Oğlanın atası mənə zəng elədi ki, oğlum qızını qaçırıb. O vaxtdan qızımı tapa bilmirik. Qızımı hara atdığını oğlan bilir. Deyirik, hara atıbsansa yerini de gedib tapaq. Mənim qapıma elçi gələn olmayıb. Qızımın ərə getmək fikri yox idi. Uşağıma ləkə yaxırlar. Sevirdisə, özü də ölərdi".
скачать dle 12.1