Bia.Az

Azərbaycanda leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Sosial
 Bu gün, 03:28     62

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.скачать dle 12.1