Bia.Az

Bakıdan çıxış məhdudlaşdı – Yollar bağlanıb / FOTO

Sosial
 6-06-2025, 00:45     781

Xəbər verdiyimiz kimi, Azərbaycanda qarşıdan gələn 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə iyun ayının 6, 7, 8-i və 9-u Qurban bayramı ilə əlaqədar olaraq tətil elan olunub.

Globalinfo.az bildirir ki, artıq paytaxt Bakıdan rayonlara kütləvi şəkildə maşın karvanları yola düşür. İnsanlar 4 günlük tətili dəyərləndirmək üçün bölgələrə səfər edirlər.

Bakıdan çıxışda ciddi tıxacların yarandığına dair şəkillər və videolar paylaşılır.

Əməkdaşımız hadisə yerindən bildirir ki, hazırda Bakıdan çıxış istiqamətində yollarda böyük tıxaclar yaranıb. Bu tıxaclar saatlardır insanların mənzil başına getməsinə çətinlik yaradır.
Tətil sonu Bakı istiqamətində də yollar eyni vəziyyətdə olur. Bu bayramın sonuncu günündə də yollarda ciddi tıxacların olacağı gözlənilir. Yol polisi tövsiyə edir ki, sürücülər pik saatlarda Bakıya və Bakıdan yola çıxmasınlar.
Qeyd edək ki, bu dəqiqələrdə 20 Yanvardan Xırdalan-Sumqayıt istiqamətində də vəziyyət acınacaqlıdır. “Manatlıq taksi”lər də qiymətləri qaldıraraq, adamın birini 10 manata aparırlar.
Vəziyyəti əks etdirən fotoları təqdim edirik:
IMG 20250605 WA0050 1 IMG 20250605 WA0056 1скачать dle 12.1