Bia.Az

DİN xəbərdarlıq etdi: "Onlayn təhlükə var"

Sosial
 14-05-2025, 10:30     537

Daxili İşlər nazirliyi onlayn cinayət davam edtməsi və artan kiber təhlükə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur.

"Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var", - deyə məlumatda qeyd olunub.скачать dle 12.1