Bia.Az

Buzovnanın zibil problemi bitmək bilmir

Sosial
 20-04-2025, 01:52     855

Buzovnanın zibil problemibitmək bilmirki, bilmir.

Neçə illərdir ki, Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsi 16-cı döngənin sakinləri zibil qutularının olmaması üzündən çox əziyyət çəkirlər.

Yerli sakinlər zibilləri hara gəldi atmaq məcburiyyətində qalırlar. Çünki yaxınlıqda bir dənə də olsun zibil qutusu yoxdur. Məhz bunun nəticəsidir ki ərazi hamısı zibilliyə çevrilib.

Son vaxtlar onlara əraziyə zibil atmağı qadağan ediblər.

Naxçıvan küçəsi 16-cı döngənin sakinləri çıxılmaz bir vəziyyətdə qalıblar. Hər gün zibillərini hara atacaqlarını bilmirlər. Bu vəziyyətlə bağlı sakinlər Xəzər rayonu İcra Hakimiyyətindən və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən artıq dərəcədə xahiş edirlər ki, bu barədə təcili tədbirlər görsünlər.

Sarvan Kərimov

Bia.az xüsusi müxbir
скачать dle 12.1