Bia.Az

İnam Kərimov bunun qarşısını almasa... - GİLEY

Sosial
 4-03-2020, 11:46     476

İnam Kərimov bunun qarşısını almasa... - GİLEYbağlarını kütləvi ləğv edirlər. Sputnik Azərbaycan xəbər verir ki, son illər məhsulun yaxşı qiymətə satışını həyata keçirə bilmədiklərindən və rayon ərazisində soyuducu anbarların olmaması fermerlərin üzüm bağlarını doğrayaraq yerində meyvə bağları salmasına səbəb olub.

17 ildən çoxdur ki, üzümçülüklə məşğul olan rayonun Qarahəsənli kənd sakini Süleyman Babayev son illərədək üzümdən yaxşı məhsul əldə etdiklərini, lakin artıq gəlir götürə bilmədiklərindən bu addımı atdığını deyib.

"Çəkdiyimiz xərci ala bilmirik. Xəstəlikləri çox, dərmanları baha olduğundan cüzi gəlirə işləyirik. 1 hektar bağa ən azı min manatlıq dərman vururuq. Oradan 7-8 ton məhsul götürürük, o da kiloqramı 25-30 qəpiyə gedir. Çox vaxt dərman vurmaq üçün kredit götürürük. Krediti ödəməyə güclə yetir. 1 il becəririk, amma heç nə qalmır. Ona görə hissə-hissə azaldıram. Artıq 70 faizini ləğv etmişəm. Yerinə gilas, ərik, göycə, gavalı ağacları basdırıram", - deyə S.Babayev durumu izah edir.

Digər bağ sahibi Məhəmməd Babayev isə emal müəssisələrinin olmaması səbəbindən illərdir əziyyət bahasına yetişdirdikləri bağları məhv etmək məcburyyətində qaldıqlarını söyləyib: "Bu il 70 sot bağı ləğv edib meyvə əkdim. Əziyyətlə becəririk, yetişəndə məhsulu verməyə zavod yox, alıcı yox. 17 illik bağımdır. Zülmlə becərilən ağaclardır, əlimiz də gəlmir kəsib atmağa. Yetişdirmək üçün zülm çəkmişik. Dirəklərini, məftilini almışdıq. İndi də öz əlimizlə sökürük".

Bağban çıxış yolunu rayonda zavodların, soyuducuların tikilməsndə görür.

Kənd sakini Musa Xəlilov da üzüm bağlarını azaltdıqlarını bildirib. Bağ sahibləri bir ton üzümün dərmanına təxminən min manata qədər vəsait xərclədiklərini, iş görən texnikaya da il ərzində 200 manata qədər pul xərcləməli olduqlarını deyirlər.

“İl uzunu içində eşələnirik. Qulluğunu edirik. İl başa gələndə nə pula gedir, nə öz xərcini çıxarır. Əziyyəti çox, gəliri az. Traktorun, dərmanın pulunu çox vaxt kredit, borc götürüb veririk. Məcbur olub 25, 30 qəpiyə satırıq. Zavod olsaydı, heç kəsməzdik. Rayonda bir dənə olsun soyuducu da yoxdur ki, dərib, oraya qoyub, pula gedən vaxt sataq", - M.Xəlilov deyir.

Sputnik Azərbaycan-a açıqlama verən Ağstafa rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun rəhbəri Çingiz Məmmədov sakinlərin sadaladıqları çətinlikləri təsdiq edərək mövcud məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə təkliflər göndərildiyini bildirib:

“Rayonda üzümçülüyə meyl artsa da, müəyyən çətinliklər mövcuddur. Bu gün də fermerlər min əziyyət hesabına yetişdirdikləri məhsulu sata bilmirlər. Keçirdiyimiz görüşlərdə, edilən müraciətlərdə vətəndaşların xahişi və tələbi odur ki, rayonda emal müəssisələri yaradılsın. Bununla bərabər, soyuducu anbarlar tikilsin. Soyuducu anbar tikilərsə, vətəndaş bu gün əldə etdiyi məhsulu anbarda saxlayıb qış aylarında satıb gəlir əldə edə bilər. Biz də öz növbəmizdə bu məsələylə bağlı Kənd Təsərrüfatı Nazirliyinə təkliflərimizi vermişik. Güman edirik ki, təkliflər əsasında rayonda üzüm emalı məntəqələri və soyuducu anbarlar quraşdırılsın".

Qeyd edək ki, Ağstafa rayonunda 476 hektar sahədə üzüm bağı var. Onlardan 466 hektarı məhsul verən, 10 hektarı isə yeni salınan bağlardır. Ləğv edilən bağlar haqqında isə hələlik hesabat tərtib olunmayıb.скачать dle 12.1