Bia.Az

Bələdiyyə seçkiləri günü hava necə olacaq?

Sosial
 28-01-2025, 01:19     586

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və yağmursuz keçəcək.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temeperaturu 8-13 dərəcə isti olacaq.

Bölgələrdə də əsasən yağmursuz hava şəraiti praqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 7-12 dərəcə isti, dağlıq ərazilərdə də isə 0-5 dərəcə isti olacaq.


Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcəkскачать dle 12.1