Ət niyə bahalaşır? - AKTUAL
Ölkədə heyvandarlıq məhsulları, o cümlədən ət istehsalı ümumi tələbatın təxminən 50 faizə qədərini qarşılaya bilir. Bu səbəbdən də ətin qiyməti get-gedə bahalaşır. Qiymət artımına səbəb olan amillərdən biri də qeyri-sabit hava şəraitidir. Havaların yağıntılı keçməsi biçində problemlər yaratdı. Yağış heyvanlar üçün yığılan yemlik otu məhv etdi, keyfiyyətini aşağı saldı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il heyvanlar üçün yığılan yem bazası zəifdir:
“Yem bitkilərinin məhsuldarlığının aşağı olması heyvandarlıqla məşğul olan sahibkarları xərcə salır. Xərclər artığına görə də onlar da məcbur qalıb əti bahalaşdırırlar”.