Bia.Az

Vasif Talıbovla oğlu kənarda qaldı

Sosial
 17-08-2024, 01:25     572

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, namizədlər siyahısında Ali Məclisin sabiq sədri Vasif Talıbovla onun oğlu Seymur Talıbovun adı yoxdur.

Seymur Talıbovun 2020-ci il seçkilərində namizədliyini irəli sürdüyü 25 saylı Naxçıvan şəhər seçki dairəsindən YAP-ın iki üzvünün namizədliyi qeydə alınıb.

Bunlar Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktor Məmmədova Xumar Şəmsi qızı və Mahmudov Ceyhun İlham oğludur. X.Məmmədovdan fərqli olaraq, C.Mahmudov işsizdir.скачать dle 12.1