Bia.Az

Yol polisi sarıdan bəxti gətirməyən şamaxılılar ...

Sosial
 19-06-2024, 11:48     1 866

Şamaxı Dövlət Yol Polis idarəsinə yeni təyin olunan Zamiq Nurəliyev artıq bir neçə müddətdir ki, rayon əhalisinə və qonaqlara qarşı hörmətsizlik mövqeyi tutaraq öz vəzifəsini icra edir. Öz şəxsi avtomobili 90 XX 787 dövlət seriya nişanlı avtomobilində mülki geyimdə qeyri-iş saatlarında Şamaxı rayon ərazisində hərəkət edir. Hansı avtomobil xoşuna gəlmədisə onu izləyir, daha sonra YPX-əməkdaşlarına tapşırıq verir ki, gəlin olduğum əraziyə.

Qurban bayramı günü rayonda Seyid kimi tanınan bir hörmətli şəxsi izləyərək qapısına gedib. Seyid arxasınca gələn avtomobilin öncə qonaq olduğunu düşünsə də, avtomobildə olan şəxs DYP-nin rəisi kimi özünü təqdim edib. Əraziyə YPX-nin əməkdaşlarını çağırıb. Sürücünün sərxoşluq yoxlamasından keçməsini tələb edib. Seyid rəisə bildirib ki, mən ağır Seyidəm və bu gün Qurban bayramı günüdür. Sənin bu etdiyin hərəkət böyük hörmətsizlikdir. Bundan sonra səhv etdiyini başa düşən rəis ərazini tərk edib.

 Heç bir polis əməkdaşına hörmət etməyən DYP-nın rəisi özünə Polis Şöbəsində rəsmi işi olmayan, mülki xidmət edən bir köməkçi də götürüb. Vətəndaşların müraciətləri əsasında məlum olub ki, 10 FS 180 seriya nömrəli avtomobili idarə edən şəxs Zamiq Nurəliyevin tapşırıqlarını icra edir. Zamiq Nurəliyevin tapşırığı ilə sürücülərdən alınan pul vəsaitlərini həmişə həmin mülki şəxs alır. Bütün qeyd olunan məlumatlarla bağlı foto və video görüntülər var.

Ardı olacaq.

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





скачать dle 12.1