Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
"DSMF-də Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri Filialının- 39
saylı vəkil bürosunun pensiyaçıların məhkəmə təminatına peşəkar qadağa
qoyması hələ də sürür. İnzibati icra orqanında, dövlətin sosial müdafiə
siyasətini həyata keçirən qurumda Məhkəmə Filialının yaradılması və bu
filialın bütövlükdə 39 saylı vəkil bürosu ilə eynilik təşkil etməsi hansı
qanuna, Konstitusiyaya uyğundur?"
Dia-az.info xəbər verir ki, bu faktları Qarabağ qazisi Məğrur Bədəlsoy
redaksiyamıza yolladığı məqaləsində qeyd edib.
Məqalədə daha sonra deyilir: "Konstitusiyaya tüpürməyə baxın,
Məhkəmə Filialının direktoru Abuzərov Mütəllimov, müavini Roman
İsmayılov, departament müdiri Yeganə Məmmədova,.. mütəxəssis
Emil İsgəndərli ... toplam 40 nəfər civarında heyət DSMF-də fəaliyyət
göstərən 39 saylı vəkil bürosunun rəhbəri və vəkilləridir. Fondun sədri bu
Filialın bütün şəxsi heyətinəi “topdan” verdiyi etibarnamə ilə DSMF-i
əlillərin, qazilərin, şəhid ailələrinin, pensiyaçıların məhkəmə iddialarından
qorumağa səfərbər edib. Təsəvvür edin, hüquqi savadsız, xəstə Qarabağ
qaziləri, şəhid ailələri, əlillər, pensiyaçılar peşəkar məhkəmə-vəkil ordusu
ilə üz-üzə! Bu davanın sonu öncədən bəlli deyil? Elə bu özbaşınalığın
sonucudur ki, yalnız keçmiş hakimlərin pensiyalarının düz
hesablanmamasını məhkəmə həmkarları mümkün sayıb həll edir. Qazilər
isə illərdir iddialarını mümkün də saydıra bilmirlər, heç hüquqi yardım da
görmürlər, dövlət hesabına vəkil də eləcə. Dövlət orqanında qeyri-dövlət
təşkilatının Vəkillər Kollegiyasının 39 saylı vəkil bürosunun fəaliyyət
göstərməsi məhkəmə- hüquq sisteminə ləkədir. Di gəl, bu ləkəni yumağı
nə ali dövlət hakimiyyəti orqanları , Ombudsman, Ədliyyə Nazirliyi
fikirləşir, nə Hesablama Palatası. Deyə bilərsiniz, Hesablama Palatasına nə
aidliyi var? Dövlət büdcəsinin , əlillərə, qazilərə, şəhid ailələrinə ,
pensiyaçılara ayrılan vəsaitin təyinatından kənar vəkil-məmurlara
xərclənməsinə birinci olaraq Hesablama Palatasının qiymət verməsi
Palatanın başlıca görəvidir. Amma kimdir görəvini icra edən? Şikayətlər
Vəkillər Kollegiyasına göndərilir, oradan da vardanyanların VK-nın
rəhbərliyində təmsil olunan vəkilləri məmur-vəkillərin müqavilə əsasında
əlillərin , pensiyaçıların məhkəmə hüququna qadağa qoyduğunu bildirirlər.
Nə isə, bu günlərdə pensiyaçılar “sevindirici” xəbər alıb. DSMF-in vəkil-
məmuru Roman İsmayıl oğlu İsmayılov yüksək gəlirli görəvindən
ayrılıb. Bu ayrılığın nədəni onun Füzuli Hərbi Məhkəməsinə hakim təyin
edilməsidir. Xəbərin “sevindiriciliyi” pensiyaçıların pulunu-malını yeyən
məmurlarının birinin azalması ilə bağlıdır. Necə deyərlər, qırılan
qoşundandır. Amma...
Vəkil-məmurun yeri vakant-boş qalıb, nə çoxdur vəkil namizəd. CV-ni verib,
pensiyaçılara qənim-hakim olan tapılar. Sevinməyə gərəkməz.