Bia.Az

Azərbaycanda qadınların pensiya yaşı 57-ə ENDİRİLİR? - AKTUAL

Sosial
 6-05-2024, 16:21     234

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalinin sayına öz təsirini göstərir. Bunun üzərinə pensiya yaşının arıtırılması barədə müzakirələrin aparılması mövcud vəziyyəti bir qədər dərinləşdirir.

Azərbaycanda hələ də pensiya yaşının azaldılması aktual mövzu olaraq qalmaqdadır. Məsələn Milli Məclisin deputatı Deputat Vüqar Bayramov təklif edib ki, qadınlar daha tez pensiyaya çıxmalı və onların yaş limiti 63 yaşda saxlanılsın. Bununla qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə etsin. Amma bir məsələni nəzərə almaq lazımdır ki, hazırki yaş limiti belə çox yüksəkdir və hər insan bu gün pensiya yaşını görə bilmir. Bütün bunları nəzərə alaraq qadınların pensiya yaşı 57-ə endirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, pensiya yaşının mövcud olduğu limit özü belə çoxdur. Biz bilirik ki, uzunömürlülük ciddi formada aşağı enib. 63 yaşını görən insanların sayı getdikcə azalır: Üstəlik hər il 6 ay olaraq pensiya yaşı irəliləyir.

"Pensiya yaşı atlı, insanlar isə piyada olub. Hesab edirəm ki, pensiya yaşının endirilməsi zəruridir. Çünki insanların ehtiyac meyarları var. Bəzən bizə çox xırda görünə bilən məbləğlər bilə bizim bir ehtiyacımızı ödəməkdə böyük əhəmiyyət kəsb edir. Ona görə hesab edirəm ki, pensiya yaşının azaldılması və üç uşağa görə 51 yaş üçün sosial müavinətin bərpa edilməsi zəruridir. Bir neçə il öncə bu müavinətin endirilməsi dayandırıldı. 3 uşağı və daha artıq olan analar həmin müavinəti ala bilmirlər. Doğrudur ki, bu günə qədər təyin edilən analar bunu alır. Amma bu gündən sonra da müavinət təyin olunmalıdır. Ən azından bunun artımında maraqlı olmaldır. Əks halda əhalinin sayındakı durğunluq belə davam edəcək. Artım məsələsində hər hansı bir tədbir görmək üçün əvvəlcə müavinətləri qaydasına salmaq lazımdır. Üç uşağı olan analar yenidən o müavinəti almalıdır. Uşaqpulu bərpa edilməlidir. Pensiyada yaşının isə artırılması barədə yox, əksinə azaldılması haqqında danışılmalıdır. Hazırda olan yaş həddi ciddi formada aşağı salınmalıdır".

Qeyd edək ki, qadınların pensiya yaşında, nisbətən yaşlı dövlərdə daha çox sosial təminata ehtiyacı var. Buna görə, diferensial yanaşmanın tətbiq edilməsi və kişilərlə müqayisədə qadınların daha tez pensiyaya çıxması məqsədəuyğundur.
скачать dle 12.1