Bia.Az

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Sosial
 4-05-2024, 12:30     327

Meyxanaçı Ağakərim Novruzovun müalicəsini ARS Reabilitasiya mərkəzi öz üzərinə götürüb.

Sözü gedən mərkəzdən bildirilən məlumata görə, Ağakərim Novruzovun təkrar ayağa qalxması onun müayinələrinin cavabından asılı olacaq:

"Mərkəzdə belə xəstələr çox olub. Onların böyük əksəriyyətinin də müalicələri effekt verib. Hazırda mərkəzin çəkiliş qrupu Ağakərim Novruzovun evindədir və müayinə aparırlar.

Müayinələrin cavabı açıqlanandan sonra xəstənin yeriyib-yeriməməsi, bir sözlə hərəkət edib-etməməsi ilə bağlı dəqiq cavab veriləcək”.

Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov uzun illərdir xəstə yatır. O, bir müddət diabetdən əziyyət çəkib. Bundan sonra meyxanaçı 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirən meyxanaçı o vaxtdan yataq xəstəsidir.скачать dle 12.1