Bia.Az

Minimum əməkhaqqı və ünvanlı sosial müavinətlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - ARTIRILDI + MƏBLƏĞ

Sosial
 19-04-2024, 01:41     268

Bu il il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürülüb. Bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb. Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb.

2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.

Bəs yaşayış minimumunun yenidən artırılması sosial müavinətlərə və təqaüdlərə necə təsir göstərəcək?

Məsələ ilə bağlı danışanMilli Məclisin deputatı Vüqar BayramovReferans.az-a bildirib ki, yaşayış minmumu illik olaraq müəyyənləşdirilir və 2024-cü il üçün artıq müəyyənləşdirilib:

“2024-cü il üçün 270 manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, il ərzində 270 manatlıq yaşayış minimumundan istifadə olunacaq. Bu da təbii ki, ünvanlı sosial yardım alan vətəndaşların aldığı yardım məbləğlərində artımlarla müşahidə olunub. İlkin hesablamalar göstərir ki, bu ildən başlayaraq ünvanlı sosial yardım alan vətəndaşların aldığı yardım məbləğində 11 faizə yaxın artım müşahidə olunub. Yaşayış minimumunun artması nəticəsində praktik olaraq ünvanlı sosial yardım məbləğində artımlar olur”.

Deputat qeyd edib ki, ünvanlı sosial yardım məbləğində artımlar əvvəlki dövrlərdə də müşahidə olunub. Onun sözlərinə görə, bu birbaşa həm yaşayış minimumunun, həm də ehtiyac meyyarının artırılması ilə bağlıdır:“Ehtiyac meyyarının artırılması da nəticədə ünvanlı sosial yardım alan vətəndaşların gəlirlərini artırır. 2024-cü ilin yanvarın 1-nə əsasən ünvanlı sosial yardım alan vətəndaşların hər birinə düşən orta məbləğ 114 manat olub. Bütövlükdə 272 min vətəndaşımız ünvanlı sosial yardımdan istifadə edirlər”.


Vüqar Bayramov əlavə edib ki, 2024-cü ildə bu məbləğin daha da artırılacağı gözlənilir. Çünki ehtiyac meyyarı və yaşayış minimumu artıb. Buna görə də ehtiyac meyyarı və yaşayış minimumunun artması nəticə etibarilə ünvanlı sosial yardım alan vətəndaşların dövlət büdcəsindən daha çox yardım almasına gətirib çıxarır.

İqtisadçı Natiq Cəfərliredaksiyamıza bildirdi ki, Azərbaycanda yaşayış minimumunu və ehtiyac meyyarının birləşdirmək istəyirdlər:

“Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyyarının məbləği artdıqca minimum əməkhaqqına və sosial müavinətlərə də təsir etməlidir. Əslində qanunlarda birbaşa belə bir təsir mexanizmi yoxdur. Qanunlarda məsəl üçün, təqaüdün artımı ilə bağlı indeksləşmə əvvəllər inflyasiya səviyyəsinə görə idi. Bir neçə il bundan əvvəl inflyasiya səviyyəsinə görə indeksləşmə modelini dəyişdilər”.


İqtisadçı əlavə edib ki, son illər orta aylıq əməkhaqqının artım tempinə görə, indeksləşmə gedir. Bu il də təqaüdlərin indeksləşməsi orta aylıq əməkhaqqının artım tempinə görə oldu. Amma istər-istəməz beynəlxalq praktika da bunu göstərir ki, yaşayış minimumu və ehtiyac meyyarının artımı sosial müavinətlərin təyin olunmasında mütləq nəzərə alınmalıdır.скачать dle 12.1