Bia.Az

“Maşınları o qədər yükləyirlər ki, qəfil tormozlanma zamanı müavinətini itirib aşır” -Eskpertdən xəbərdarlıq

Sosial
 11-04-2024, 14:10     433

Əksər hallarda minik avtomobillərin yük daşıması yollarda qəzalara səbəb olur. Minik maşınlarda yük daşımaq üçün bəzi təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.

Ekspert Elməddin Muradlı Moderator.az-a bildirib ki, dam hissədə daşınan yük müəyyən standartlara uyğun olmalıdır.
“Minik avtomobillərində yüklərin daşınması ilə bağlı yol hərəkəti haqqında qanunda normalar müəyyənləşdirilib. Qanunun tələbinə görə minik avtomobillərində yüklər sağa və sola 40 sm-dən çox çıxmamalıdır. Arxaya 1 metr, önə isə 1 metr çıxa bilər. Bundan əlavə qaydalar hansısa yükü daşımağa icazə vermir. Bunu da yükdaşıyan sürücü özü bilməlidir ki, minik avtomobilinə 5 metr hündürlüyündə yük vurmaz. O yükü külək bir balaca tərpətsə maşının hündürlüyü ilə onun ağırlığı düz mütənasiblik təşkil etməsə yükü aşıracaq” deyə ekspert bildirib.
Ekspert onu da bildirib ki, yük daşımalar nəqliyyatın çox olduğu saatlarda daşınır. Bu da baş verəcək təhlükəni daha da artırır.
“Bəzən görürsünüz ki, yük avtomobilinə elə yüklər vururlar ki, adam nə sağ-sol güzgünü görə bilir, nə də arxadakı güzgünü. Salondakı güzgüdən müşahidə edə bilmir. Özü də günün ən təhlükəli vaxtlarında bu cür nəqliyyat vasitələri yola çıxır. Xüsusən səhər saatlarında, qaranlıqda və axşam saatlarında. Ələxsus da kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı. Yükdaşıma qaydaları ciddi məsələdir, buna mütləq əməl etmək lazımdır. Normadan artıq, standarta uyğun yükləmə aparmırlar, onda baxırsan ki, maşın qəfil tormozlanma zamanı müavinətini itirir və aşır. Yük daşımaq üçün minik avtomobilinin üzərində xüsusi qurğu olmalıdır. Yük həmin qurğuya bərkidiləndən sonra avtomobil yola çıxmalıdır” deyə ekspert bildirib.

“Maşınları o qədər yükləyirlər ki, qəfil tormozlanma zamanı müavinətini itirib aşır”


скачать dle 12.1