Bia.Az

Sabah bu rayonda QAZ olmayacaq

Sosial
 3-03-2024, 16:34     336

Xaçmaz rayonu, Çarxı kəndi istiqamətində istismarda olan PE dm 315 mm-lik yeraltı qaz xəttində “Təmiz qaz” QSC xidməti tərəfindən aşkar edilmiş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq 04.03.2024-cü il 09:30-da qaz təchizatı dayandırılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xaçmaz rayon mərkəzinin bir hissəsi və rayonun 20 kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.скачать dle 12.1