Bia.Az

ELDAR HƏSƏNOV AĞIR XƏSTƏDİR? - Vəkilindən açıqlama

Sosial
 20-08-2020, 20:25     829

Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayev “Yeni Müsavat” qəzetinə müsahibəsində keçmiş səfir Eldar Həsənovun səhhətində problemlər olduğunu bildirib.

"... Adam xəstədir, ağ qan xəstəliyi var, adamın ona yazığı gəlir" - deyə N.Qocayev deyib.

Qeyd edək ki, Eldar Həsənovun xəstə olması onun rəhbərlərindən biri olduğu Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fondun (LFSPD) üzvlərinin Prezident İlham Əliyevə müraciətində də əks olunub: "...Xahiş edirik, nəzərə alasınız ki, Eldar Həsənovun həbsdə saxlanması onun şəkərli diabet, damar trombozu, aterosklerotik kardioskleroz və COVID-19 pandemiyası şəraitində sağlamlıq üçün son dərəcə təhlükəli olan immun çatışmazlığı kimi xroniki xəstəliklərlə ağırlaşmış sağlamlığına çox ağır ziyan vura bilər..."

Eldar Həsənovun vəkili Adil İsmayılov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bu barədə xəbərsiz olduğunu bildirib.

скачать dle 12.1