Bia.Az

Yumurta piylənmə və hipertoniyadan əziyyət çəkən insanlar üçün faydalıdır

Sosial
 11-02-2024, 01:10     211

Aparılan tədqiqatların nəticələri yumurtanın piylənmə və hipertoniyadan əziyyət çəkən insanlara müsbət təsir göstərdiyini aşkarlayıb.

Uzun müddətdir yumurta xolesterinin əsas mənbəyi olduğu üçün zərərli qida hesab olunurdu. Lakin son dövrlər aparılan araşdırmalar yumurtada xolesterindən əlavə, çoxlu faydalı mikroelementlərin olduğunu sübut edib. İtaliyalı alimlər yeni araşdırmada hipertoniya və qaraciyər yağlanması diaqnozu qoyulmuş 60 yaşdan yuxarı insanlara yumurtanın necə təsir etdiyini öyrənmək üçün müəyyən eksperimentlər həyata keçiriblər.

 Eksperimentdə 980 nəfər iştirak edib.

Nəticələr göstərib ki, həftədə üç yumurta istehlakı yüksəkkeyfiyyətli protein, minerallar və vitaminlərin olması səbəbindən hipertoniya və qaraciyər yağlanması riskini azaldır.

Alimlər yumurtanı tərəvəzlə bişirməyi tövsiyə ediblər. Bu halda yeməkdən maksimum fayda əldə edilir.скачать dle 12.1