Bia.Az

Bədəndəki iltihabı aradan qaldırmaq üçün nə yeməliyik?

Sosial
 6-02-2024, 01:14     215

Bədəndəki iltihab infeksiyalarla mübarizə aparmaq üçün bədənin immun sisteminin cavabıdır. Lakin bəzi hallarda orqanizmdə iltihab sabitləşə və xroniki iltihablı vəziyyət yarana bilər. Xroniki iltihab bir çox sağlamlıq problemlərinə səbəb ola biləcək bir vəziyyətdir və bu vəziyyətlə mübarizə aparmaq çox vacibdir.

Foodinfo.az xəbər verir ki, bədəndə iltihabı azaltmaq və iltihabı idarə etmək üçün müntəzəm olaraq antiinflamatuar qidalar istehlak etmək çox faydalıdır. 

İltihabı azaltmağa kömək edə biləcək bəzi qidalar bunlardır: 
BALIQ 
Somon, sardina və skumbriya kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir və bədəndəki iltihabı azaltmağa kömək edir. 
SARIKÖK 
Sarıkök kurkumin adlı birləşmə sayəsində antiinflamatuar xüsusiyyətlərə malikdir və bədəndəki iltihabı azaldır.
QARAGİLƏ 
Qaragilə antioksidantla zəngin bir meyvədir və bədəndəki iltihabı yox edir. 
BROKOLİ 
Brokoli kimi tərəvəzlər bədəndəki iltihabı azaltmağa kömək edən antioksidant və antiinflamatuar birləşmələrə malikdir. 
ZEYTUN YAĞI 
Zeytun yağı oleokantal adlı komponent sayəsində bədəndəki iltihabı azaldır.
YAŞIL ÇAY 
Yaşıl çay tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihaba təsir edir.скачать dle 12.1