Bia.Az

Kişi dostunun verdiyi balığı yedikdən sonra ölür

Sosial
 5-02-2024, 11:15     175

Braziliyalı Magno Serxio Gomez zəhəri 30 nəfərin ölümünə kifayət edən kirpi balığını yedikdən sonra ölüb.

Foodinfo.az “New York Post”a istinadən xəbər verir ki, brazilyalıla balığı dostu verib. Onlar birlikdə balığını doğrayıb yeyiblər. Bundan sonra kişilər ağızlarında uyuşma hiss edib və bir neçə dəqiqədən sonra onların vəziyyəti o qədər kəskin pisləşib ki, təcili xəstəxanaya yerləşdirmə tələb olunub.

Xəstəxanada Magnierin ürəyi səkkiz dəqiqə dayanıb. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri bildiriblər ki, kişi, kirpi balığının qaraciyərində və cinsi vəzilərində toplanan son dərəcə güclü zəhər olan tetrodotoksinin təsirindən ölüb.

Qeyd edək ki, kirpi balıqları yırtıcıların qarşısını almaq üçün istifadə etdiyi toksin sianiddən 1000 dəfədən çox öldürücüdür. Bunun üçün heç bir antidot yoxdur. Qəbul edildikdə, zəhər bədən və beyin arasındakı kanalları bağlayır, sinir sisteminə təsir göstərir. Nəticədə iflic baş verir, ağciyərlər və ürəklər sıradan çıxır, bu da ölümlə nəticələnir.скачать dle 12.1