Bia.Az

Azərbaycanın xaricdən aldığı buğda unu 20% ucuzlaşıb

Sosial
 3-02-2024, 15:36     122

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 20 milyon 167 min ABŞ dolları dəyərində 69 min 887 ton buğda unu idxal edib.

Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 milyon 270 min dollar və ya 2,3 dəfə, həcm baxımından isə 45 min 161 ton və ya 2,8 dəfə çoxdur.

2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 8 milyon 898 min dollar dəyərində 24 min 726 ton buğda unu idxal edilib.

1 ton unun idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 289 dollar, 2022-ci ilin eyni dövründə 360 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 71 dollar (19,8%) ucuzlaşma baş verib.

Ümumilikdə isə 1 kq buğda ununun idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 0,49 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 0,61 manata (1,21 manat ucuzlaşma) başa gəlib.скачать dle 12.1