Bia.Az

Bu avtomobillər sahiblərinin əlindən məcburi alınacaq?

Sosial
 2-02-2024, 14:37     183

Sentyabrın 1-dən Azərbaycanda avtomobil sahibləri köhnə maşınlarını utilizasiyaya verə biləcəklər. Bu qərar utilizasiya ilə bağlı daha bir məsələni gündəmə gətirir. Belə ki, insanlar köhnə avtomobillərin onlardan məcburi alınacağını düşünürlər. Maraqlıdır, ili köhnə olan, antikvar kimi saxlanılan avtomobillər məcburi şəkildə utilizasiyaya gedəcək?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, utilizasiya prosesi məcburi deyil.

Onun sözlərinə görə, avtomobil köhnə olduğu üçün heç bir qurum onu sahibinin əlindən almayacaq:

“Ümumiyyətlə, belə bir qadağa və ya qərar yoxdur. Bu məsələ öz həllini könüllülük prinsipi əsasında tapacaq. Ona görə də, heç kim narahat olmasın, hər hansı bir problem ola bilməz. Kim istəyirsə, atasından və ya babasından qalan avtomobili rahat şəkildə sürə bilər”.


Elməddin Muradlı

Ekspert deyib ki, utilizasiya yeni poses olduğu üçün insanlar arasında çaşqınlıq yaranır:

“Amma dediyim kimi, burada heç bir məcburiyyət yoxdur. Köhnə avtomobili olan şəxs onu sürə də bilər, təhvil verə də bilər”.скачать dle 12.1