Bia.Az

İlk ayın populyar adları

Sosial
 30-01-2024, 11:23     170

2024-cü ilin ilk ayının populyar adları açıqlanıb. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, yanvarda doğulan 46 qıza Məryəm, 45 qıza Nilay, 41 qıza Zeynəb adı verilib.

İlk onluqda Ayla (39 uşaq), Zəhra (37), Fatimə (36), İnci (35), Melisa (34), Aylin (32), Mələk (31) adları da var.
Oğlan adları içində Hüseyn birincidir: bu ad 57 uşağa məsləhət görülüb.

47 oğlan Yusif, 44 oğlan Uğur adı alıb.

Qalan populyar adlar belə sıralanır: Əli (39 uşaq), Raul (35), Murad (31), Ömər (28), Məhəmməd (28), Adəm (25), Tuncay (23).
Son beş ildə (2020-2024) ən çox qoyulan üç ad Uğur, Əli və Zəhradır.скачать dle 12.1