Bia.Az

“Bəzi qadınlar qudurğanlıqdan pis yola düşürlər” – Rasim Balayev

Sosial
 6-08-2020, 12:41     366

Hazırda bəşəriyyəti narahat edən qlobal problemlər içərisində insan alverinə qarşı mübarizə xüsusi yer tutur. Bu problemlə mübarizə istiqamətində ölkəmiz də bir sıra beynəlxalq konvensiyalara qoşulub və milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev qadınları bu yola düşməsinin müəyyən səbəblərinin olduğunu bildirib:
“Mən bu məsələdə professional deyiləm. Amma düşünürəm ki, qadınların pis yola düşməsinin bir çox səbəbi var - bəzisi ehtiyacdan, bəzisi şəhvət hissindən. Cürbəcür situasiyalar yaranır, bəzisi məcbur qalır, bəzisini bu yola təhrik edirlər. Hər bir hadisənin mütləq müəyyən səbəbi olur. Bu yola düşənlərin bəzisi şəhvət hissindən, bəzisi qudurğanlıqdan, bəzisi də ehtiyacdan həmin yolun yolçusu olurlar”. 

Aktyor belə halların azalması üçün ailə tərbiyəsinin önəmli olduğunu vurğulayıb: “Hər halda xoşagəlməz hadisələr çoxdur və çox təəssüf ki, bəzən qadınlar bu yola düşür. İnsanda əsas əxlaqdır, ailə tərbiyəsidir, belə halların azalması üçün bunlara fikir vermək lazımdır”.

BİA.az
скачать dle 12.1