Bia.Az

"Nəinki yeni iş yerləri açılmadı..." - ETİRAZ

Sosial
 22-01-2024, 17:17     197

“Danışır Naxçıvan”ın bugünkü qonağı Şərur rayonu Qarahəsənli kənd sakini Məmmədov Samur Akif oğludur.

Samur bəy 22 oktyabr 2023-cü il tarixində yanan Şərur rayonu Ticarət Mərkəzində dərziçilik fəaliyyəti ilə məşğul olub.
Obyektin yanması nəticəsində bütün avadanlıqlarını itirən sahibkara heç bir kompensasiya ödənilməyib. Səbəbi isə onunla izah olunub ki, o, sığorta ödəməyib. Halbuki, sahibkar hər ay yer kirayəsi ilə yanaşı sığorta pulunu da ticarət mərkəzinə ödəyirmiş.
Bu da azmış kimi, ticarət mərkəzinin yerində tikilən yeni 2 mərtəbəli obyektdə ona işləmək üçün ofis verməyiblər.
Samur bəy Naxçıvanda üz tutmadığı ünvan, döymədiyi qapı qalmayıb. Ən sonda ona “biz nə bilərik, həmin obyekt özəl müəssisədir, sahibi kimə istəsə ona ofis verir”, - deyiblər.


Ümidi hər yerdən kəsilən Samur bəy nəhayət bizim vasitəmizlə Prezident İlham Əliyevə şikayətini ünvanlamağa qərar verib. Bizimlə söhbətimizdə bu qərarının səbəbini belə izah etdi: ““Xan” həzrətləri istefaya göndərilib, yerinə Fuad Nəcəfli cənabları təyin olunanda bütün naxçıvanlılar kimi mən də sevindim. Fikirləşdim ki, Prezidentin təyin etdiyi bu adam ayağını Naxçıvan torpağına qoyan kimi yeni iş yerləri açılacaq, rayonumuz çiçəklənəcək. Mən də sahibkar kimi bu inkişafdan öz nəsibimi alacağam. Di gəl ki, nəinki yeni iş yerləri açılmadı, əksinə mənim kimi işləyənlərin belə ofisləri müəmmalı şəkildə yandı. Mən də ölkə başçısını Naxçıvan həqiqətlərini çatdırmaq üçün bu müraciətimi hazırladım”.

ovqat.com

video burada: bura tıklayın...
скачать dle 12.1