Bia.Az

Pensiyaçıların sayı (2010-2024)

Sosial
 18-01-2024, 12:43     252

Rəsmi hesabata əsasən, 2024-cü ilin əvvəlinə Azərbaycanda 1 milyon 99 min nəfərə yaxın pensiyaçı qeydə alınıb.

Novator.az bildirir ki, 2010-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 308,4 min nəfər göstərilib.

2011-ci ilin əvvəlində 1 milyon 292,2 min, 2012-ci ilin əvvəlində 1 milyon 277,6 min, 2013-cü ilin əvvəlində 1 milyon 272,1 min, 2014-cü ilin əvvəlində 1 milyon 277,1 min, 2015-ci ilin əvvəlində 1 milyon 290,9 min, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.

2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə, 2022-ci il yanvarın 1-nə 200,5 min nəfərə, 2023-cü ilin əvvəlinə 1 milyon 114,2 min nəfərə enib.
Ölkədə minimum pensiya 280 manatdır.

Pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. 2023-cü ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nəzərən 11,2 faiz artıb.

Azərbaycanda kişilər 65, qadınlar 63 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2023-cü il üçün 40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat müavinət verilir.скачать dle 12.1