Bia.Az

Fevraldan pensiyalar bu qədər artır – başqa artımlar da gözlənir

Sosial
 13-01-2024, 13:52     264

Hökumətin pensiyaları 10.8 faiz artırmağı planlaşdırır. Orta aylıq əməkhaqqının nə qədər artacağı isə daha dəqiq fevral ayında bəlli olacaq. Bəzi ekspertlər hazırkı iqtisadi reallıqda həmin rəqəmin yetərli olmadığını deyirlər. Bəs bu rəqəm ölkədəki qiymət artımı ilə nə dərəcədə uyğundur?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, pensiyaların artması qanunla tənzimlənir.

Onun sözlərinə görə, qəbul olunan qərara əsasən, Azərbaycan Respublikasında orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşmə aparılır:


Natiq Cəfərli
“Amma hökumətin ixtiyarı və imkanı var ki, bu indeksləşmədən daha yüksək olsun. Bizdə orta aylıq əməkhaqqı 10.8 faiz artdı deyə təqaüdlərdə də bir o qədər indeksləşmə nəzərdə tutulub. Təbii ki, bu, yetərli deyil. Hökumət isə başqa qərarların verilməsi, addımların atılması ilə bağlı heç bir ipucu verməyib”.

İqtisadçı artımla bağlı konkret söz deməyin mümkün olmadığını bildirib:

“Hazırda belə bir qərar yoxdur. Ona görə də, bundan başqa hansısa bir artım olacağını söyləmək çətindir. Sadəcə, qanunun tələbləri yerinə yetirilir. Lakin reallığı nəzərə alaraq daha çox artıma getmək istəmirlər. Görünən odur ki, artım elə bu səviyyədə olacaq”.скачать dle 12.1