Bia.Az

`Umico`dan nəsə sifariş verəndə... - DİQQƏTLİ OLUN!

Sosial
 6-01-2024, 18:08     329

" "Umico"dan nəsə sifariş verəndə ehtiyatlı olun". Bu xəbərdarlıqla Vüqar Quliyev adlı istifadəçi "Şikayətim Var" sosial qrupundakı paylaşımında çıxış edib.

`Umico`dan nəsə sifariş verəndə...

Narazı vətəndaş daha sonra yazır: "Deməli, 30 dekabrda endirimdə olan telefon sifariş etdim...
1. İşdən çıxa bilmədiyim üçün və iş saatından sonra başqa şəhərinə gedəcəyim üçün Umico-nun express çatdırılma xidmətindən istifadə etməyi qərara gəldim ki, gedənə kimi gətirib çatdırarlar. Deməli qaydalara əsasən 2 saat ərzində çatdırılmalı olduqları halda, çoxlu zəng və yazışmalardan sonra 2 saat 50 dəqiqəyə gətirib çıxardılar. Ən əsəb verən hal odur ki, sadəcə deyirlər gözləyin. Deyirəm nə qədər gözləyim ən azından kuryer əlaqə saxlasın desin 1 saata gələcəm oturum bir saatı gözləyim.
2. Telefona nömrə salan kimi aydın oldu ki, telefonun İMEİ kodu qeydiyyatdan keçməyib. Satıcı mağazaya dəfələrlə zəngdən sonra "narahat olmayın sabaha qeydiyyat ediləcək telefonunuz"... deyə cavab alıb gözləyirəm.
3. Bu gün BİRKART hesabımda baxanda görürəm ki, 18 aylıq taksitlə ödəniş edəcəyim halda birdəfəlik ödəniş çıxıb hesabımdan və yanvar ayının sonuna həmən məbləğ geri hesaba qaytarmağımı bildirir. Umico-da sifarişimin ödəniş haqqında məlumatına baxanda görürəmki "bank kartı vasitəsilə online" qeyd edilib, habuki 100% bilirəmki "Birbank taksit kartı ilə online" növünü seçmişdim. Online chat-a uzun izahdan sonra ayın 8-i guya bank əməkdaşları mənimlə əlaqə saxlayacaqlar.
Dostlar bu halla rastlaşan olubmu, yoxsa bütün uğursuzluqlar mənimi gözləyirmiş...
1-ci və sonuncu sifarişim oldu düşünürəm..."

dia-az.info
скачать dle 12.1