Bia.Az

Sabah Bakıda avtobuslar işləməyəcək

Sosial
 24-07-2020, 13:05     392

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

BİA.az Bakı Nəqliyyat Agentliyinə istinadla xəəbr verir ki, 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

"Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Növbəti məhdudiyyət 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək olacaq.


BİA.azскачать dle 12.1