Bia.Az

Küçə ticarətinə niyə göz yumurlar?

Sosial
 26-12-2023, 21:17     356

Yeni ilin ölkəmizə qədəm  qoymağı ilə əlaqədar olaraq Bakıda  küçə ticarəti də tüğyan edir.

Hara gedirsən küçələrdə nizamsız və səliqəsiz halda  ərzaq və kənd  təsərrüfatı  məhsulları satılır. Suraxanı rayonunun  Yeni Günəşlı yaşayıs sahəsinin , dəqiq demiş olsaq " Ballı" marketin  yanında küçə ticarəti baş alıb  gedir.  

İki nəfərdə həmin marketin  yanındakı avtobus dayanacağında göy-göyərti satır. Üstəlik də onlar  camaatla kobud rəftar edirlər. Guya qazidilər nə istəsələr edə bilərlər. Sanki onlardan ətrafda  içtimai  asayişi qoruyan  vəzifə sahibləri də onlardan çəkinirlər.  Hansı ki, küçə ticarətinə qarşı mübarizə polisə tapşırıb.

 Həmin yerdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları  öz vəzifə borclarını icra etmək əvəzinə, seyirçi mövqey tutur, qətiyyət göstərmirlər.  Belə nöqsanlar Nəsimi rayonu ərazisində də  mövcuddur.  "20 yanvar" metrostansiyasının çıxışında, eləcə də  " 20 yanvar" küçəsində göy-göyərti, mer- meyvə,   balıq satanların əlindən tərpənmək olmur.

Qəribə də olsa, Çevik Polis Alaynın  əməkdaşları bu yerlərdə xidmət aparır, hər qanun pozuntusuna göz yumur, öz vəzifə borclarını yerinə yetirmirlər. Görəsən, niyə?! Bu sualın  çavabını qoy Çevik Polis Alayının  bölük komandirləri versin!/adalet.azскачать dle 12.1